KULIS CREW
Tezliklə
Pərdə arxasındakı komanda üçün
Event agentlikləri və tədbir komandaları üçün iş yeri: hər tədbirin planı, tapşırıqları və adamları bir yerdə. Crew hazırlanır, açılan gün xəbər verəcəyik.
Crew-da nə olacaq
Tədbir playbook-ları
Hər tədbir növü üçün hazır addımlar: nə vaxt, nə edilir, kim cavabdehdir. Yeni tədbir əvvəlkinin təcrübəsi ilə başlayır.
Tapşırıqlar və təqvim
Hər tapşırığın tarixi və sahibi var, hamısı təqvimdə görünür. Gecikən iş gözdən qaçmır.
Komanda şərhləri
Müzakirə tapşırığın içində qalır: sual, fayl və qərar bir yerdədir, çatlarda itmir.
Telegram və WhatsApp bildirişləri
Yeni tapşırıq, dəyişiklik və son tarix barədə xəbər komandanın onsuz da işlətdiyi messencerə gəlir.
Əvvəlcə telefon üçün
Tədbir günü hamı ayaq üstədir. Crew telefonda rahat işləyir, kompüter şərt deyil.
Sonrakı planlarda: brend qaydalarına uyğunluq yoxlaması və brif köməkçisi.